Modern.az

Prezidentliyə namizədliyin qeydə alınma vaxtı bu gün başa çatır  

Prezidentliyə namizədliyin qeydə alınma vaxtı bu gün başa çatır   

Aktual

12 Mart 2018, 09:30

Bu gündən aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.

 

Modern.az-ın  məlumatına görə, Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

 

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü