Modern.az

\"Çelsi” Abramoviçdən alına bilər

\

17 Mart 2018, 00:29

 

“Çelsi”nin sahibi Roman Abramoviç klubun səhmlərindən məhrum edilə bilər.

Virtualaz.org “The Times”a istinadən xəbər verir ki, Böyük Britaniya hakimiyyəti “Maqnitski siyahısı”nın analoqunu yaradaraq, korrupsiyada şübhəli bilinən və pullarını Qərbə daşımış rusiyalılara qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Əgər Abramoviçin aktivlərini, o cümlədən Londonun “Çelsi” futbol klubunu qanunsuz yollarla əldə etdiyi pullarla aldığı sübuta yetirilərsə, onlar müsadirə oluna bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat