Modern.az

“Zeytun Budağı” əməliyyatında Türkiyə ordusunun 46 hərbçisi şəhid olub

“Zeytun Budağı” əməliyyatında Türkiyə ordusunun 46 hərbçisi şəhid olub

Aktual

18 Mart 2018, 15:52

Türkiyə ordusu “Zeytun Budağı” əməliyyatı başlayandan etibarən 46 hərbçisini itirib.

 

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinın Baş Qərargah İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, əməliyyatlar zamanı 225 hərbçi yaralanıb.

 

Qeyd edək ki, Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürüldüyünü bildirib.

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı