Modern.az

Azərbaycanda kredit verənlərlə bağlı qanun dəyişdirilir

Azərbaycanda kredit verənlərlə bağlı qanun dəyişdirilir

27 Mart 2018, 13:31

Kredit təşkilatları aralarında hüquq münasibətləri yaranmış cari borclanan olan kredit tarixcəsi subyektərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə biləcək. 


Modern.az-ın məlumatına görə, bu barədə "Kredit büroları haqqında" qanunun 23-cü maddəsində (keçid müddəaları) qeyd edilib.

Qanun layihəsinin 23.1-ci maddəsinə edilən dəyişikliyə görə, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borclanan olan kredit tarixcəsi subyektərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.

Mərkəzləşdirilmiş kredit reysterindən məlumatın verilməsi qaydasına da dəyişiklik edilir.

Belə ki, "Kredit büroları haqqında" qanunun 23.3-cü maddəsinə yeni 23.3.1-23.3.2-ci bəndləri əlavə edilir. Yeni dəyişikliyə görə, Mərkəzləşdirilmiş kredit reysterindən məlumatın verilməsi aşağıdakı qaydada dayandırılır:
23.3.1. Məlumat istifadəçilərinə - 2018-ci il aprelin 1-dən;  23.3.2. Kredit bürolarına - bu Qanunun 23.1-ci maddəsində göstərilmiş müddət bitdiyi gündən ( müvafiq icra hakimiyyəti orqanının qərarı ilə kredit bürolarına məlumatın verilməsi bərpa edilir və yenidən dayandırılır).

Qanun layihəsinə dəyişiklik Milli Məclisin aprelin 3-də keçiriləcək iclasında müzakirə ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır