Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müaviniRövşən Rzayev Göygöl rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.
Modern.az saytının məlumatına görə, parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov respublikamızda gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb.
Azərbaycanən növbəti prezident seçkiləri ərəfəsində olduğunu bildirən Fuad Muradov ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib. Gəncləri həm ictimai – siyasi həyatda, həm də seçki kampaniyasında daha fəal olmağa, 11 apreldə bütün gəncləri seçki məntəqələrinə gələrək səs verməyə çağırıb.
Deputat Rövşən Rzayev isə prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Geniş diskussiya şəraitində keçən tədbirdə ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.