Modern.az

ABŞ-ın sirli lazer silahı – VİDEO

ABŞ-ın sirli lazer silahı – VİDEO

27 Mart 2018, 17:41

Pentaqonun qeyri-letal silah laborotoriyasının mühəndisləri yeni nəsil akustik lazer silahın işini nümayiş etdiriblər. Silahın əsas funksiyası kilometrlərlə məsafəyə səsin ötürülməsini təmin etməkdən ibarətdir. Gələcəkdə alimlər bu silahın köməyi ilə uzaq məsafələrə insan səsini şüalamağı planlaşdırılar.

 

Silahda iki tip lazerdən istifadə imkanı mövcuddur. Femtosecond lazer hədəf nöqtəsində plazmoid (plazama şarı) yaradır ki, öz növbəsində silahdan həmin şara dar diapazonda nanoşüa ötürülür. Plazmoidə şüanın təsiri nəticəsində qulaqbatırıcı səs və göz qamaşdıran işıqlar əmələ gəlir.

 

Bir neçə sınaq nəticəsində alimlər silahdan 30 km aralıda plazmoid yarada biliblər.

Qulaqbatırıcı səsdən savayı, alimlər yaxın zamanda silahdan 150 db gücə malik insan səsini şüalandırmağı planlaşdırırlar. Bu cür silahlar çox böyük imkanlar vəd edir. Belə ki, bu silahı həm hərbi məqsədlərdə həm də mitinq və kütlənin dağıdılmasında istifadə etmək mümkündür.

Modern.az bu silahı sizə təqdim edir.

Qeyd etmək istərdik ki, videoda yüksək səslə qarşılaşacaqsınız.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır