Modern.az

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müzakirə olunub

27 Mart 2018, 18:32

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır