Modern.az

Məzahir Pənahov müşahidə aparmaq istəyən heç kimə “yox” deməyib  

Məzahir Pənahov müşahidə aparmaq istəyən heç kimə “yox” deməyib   

30 Mart 2018, 16:59

Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.

Modern.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir, bir sıra beynəlxalq müşahidçilərin sənədləri isə MSK-da baxılmaqdadır və onların sayının artacağı istisna edilmir.

“Seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 52 ölkəni təmsil edirlər. Dairə seçki komissiyalarına isə müşahidə aparmaq üçün 53900 nəfər müraciət edib. Və müşahidə aparmaq üçün müraciət edən bütün şəxslərə müsbət cavab verilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu