Modern.az

Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

10 Aprel 2018, 13:00

2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək. Modern.az-ın məlumatına görə, bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.

O bildirib ki, son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub:

"Bununla da Azərbaycanın hər şəhərində yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün şərait yaradılır".

Bakıda keçirilən biznes-forumda səhiyyə turizmi sahəsində çalışan 130-dan çox şirkətin nümayəndələri iştirak edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır