Arxiv
10 Aprel 2018, 15:09 | MÜSAHİBƏ
Məşhur general: “Sabah yazsalar ki, “Eyfel” qülləsini də mən almışam...” - MÜSAHİBƏ

Cavanşir Məmmədov: “Öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram”

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Cavanşir Məmmədovun haqqında son günlər haqda ayrı-ayrı saytlarda yazılar dərc olunur. Həmin yazılarda iddia olunur ki, general Məmmədov Fransaya köçüb və həmin ölkədə 20 milyon avro miqyasında biznes qurub. C.Məmmədov bu və başqa iddialarla bağlı sualları cavablandırıb. Modern.az saytı generalın "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir:

- Salam, cənab general. Sizi narahat edən "Yeni Müsavat" qəzetinin əməkdaşıdır.Sizin telefonunuzu çox çətinliklə tapdıq. Ona görə də xahiş edirik ki, bizi dinləyin. Bir neçə sualımız var. Olarmı onları cavablandırasınız. 

- Əlbəttə, olar buyurun.

- Cavanşir müəllim, neçə gündür ki, saytlar sizdən yazır, siz isə susqunluq göstərirsiniz.

- Nə yazırlar ki, maşallah, o qədər sayt var ki. Hamısını oxumağa vaxtmı var?...

-Yazırlar ki, Avropaya - Fransaya köçüb, orada 20 milyon avro civarında biznes qurmusunuz, doğrudurmu?

- Xeyr, mən Azərbaycanda, Bakıdayam. Heç bir ölkəyə köçməmişəm. Heç bir ölkəyə də köçmək fikrində deyiləm. Nəinki Fransada, ümumiyyətlə, dünyanın heç bir ölkəsində, hətta doğulduğum Gürcüstanda 1 manat da olsa, sərmayə yatırmaq ağlıma belə gəlməyib. Bir də ki, mən xaricə getmişəm ki, orada da biznes quram?! Bu lap gülməlidir ki!... Xaricə getmək qəbahət deyil. Amma sözlərimin səmimiyyətinə inanın. Bakımız gözəl şəhərdir. Bakı kimi doğma, yaşamalı şəhərmi var?..

Mən bütün varlığımla Azərbaycana bağlıyam. 1988-ci ildə Azərbaycanın ağır günlərində mən Rusiyada öz isti iş yerimi qoyub, bir zabit kimi vətənin harayına gəlmişəm. Və bundan da heç vaxt peşman olmamışam. Əksinə, hər zaman qürur duyuram. Bütün varlığımla Azərbaycanımıza layiqli xidmət edib fayda verməyə çalışmışam. Ölkəmizdə ictimai təhlükəsizliyin qorunmasında, stabilliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin gördüyü danılmaz xidmətlərdə təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim də müəyyən əməyim olub. Azərbaycan dövlətinin varlığı mənim üçün hər şeydir. Və bu dövlət, bu vətən, ulu öndərimiz Heydər Əliyev və bu günkü prezidentimiz İlham Əliyev, mənim xidmətlərimi yüksək qiymətləndirib. Mən Azərbaycan generalıyam. Bundan artıq fəxr olunmalı başqa nə var ki?!

- Cavanşir müəllim, başqa bir məlumat da yazıblar ki, Sabunçu rayonunda “Oba market” və digər obyektlər sizə məxsusdur.

- Bəs bayaq deyirdiniz ki, Parisə köçmüşəm. İndi də Sabunçu?

-İndi də o boyda Parisdən Sabunçudakı hansısa marketəmi qayıtdınız?


- Sabah yazsalar ki, “Eyfel” qülləsini də mən almışam, heç təəccüblənmərəm. İnanın, bunların hamısı boş və mənasız uydurmalardır.

- Bəs bu söhbətlər nə ilə əlaqədardır?

-Vallah bilmirəm. Həmişə dedi - qodulardan, yalanlardan, çəkişmələrdən uzaq olmuşam. Və bu sayaq adamlarla əlaqəm olmayıb.
Hazırda təqaüddəyəm. Nəvələrimin təhsili ilə məşğulam. Məni tanıyanlar bilirlər ki, həm də yazı-pozu adamıyam. Öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56