Modern.az

Rusiyada rüşvətə görə 13 universitet müəllimi saxlanılıb

Rusiyada rüşvətə görə 13 universitet müəllimi saxlanılıb

10 Aprel 2018, 18:41

Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb.

 

APA-nın “life.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən bir neçə il müddətində şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Axtarışdan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakültəsinin dekanıdır. İstintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.

 

Müəllimlərin evlərində axtarış zamanı bank kartları, qiymət kitabçaları və digər sənədlər götürülüb. Cinayət iştirakçılarını 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır