Modern.az

 Göydən yerə onlarla ölü qaz "yağdı"

 Göydən yerə onlarla ölü qaz "yağdı"

10 Aprel 2018, 23:56

ABŞ-ın Aydaho-Fols şəhərində yerləşən maşın dayanacaqlarından birinə göydən onlarla ölü qaz düşüb.

 

Modern.az  xəbər verir ki, yerdən 48 ağ və 3 Rossa növündən olan qaz toplanıb.

 

Aydaho ştatının Ovçuluq və Balıqçılıq Ehtiyatları Departamenti ehtimal edir ki, qazları qasırğa zamanı ildırım vurub. Onların Kanadaya uçduğu güman edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır