Modern.az

Əli Həsənov, Mədət Quliyev və Hüseyn Bağırov seçki hüququndan istifadə etdi

Əli Həsənov, Mədət Quliyev və Hüseyn Bağırov seçki hüququndan istifadə etdi

11 Aprel 2018, 10:05

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Modern.az Report.az-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev  həyat yoldaşı ilə birlikdə 36 saylı dairənin 3 saylı məntəqəsində,  Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsindəsəsvermə hüquqlarından istifadə ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır