Modern.az

“Bilirdilər ki, bu seçki həm də Azərbaycanın inkişafı, gələcəyi deməkdir” – Fuad Muradov - VİDEO

“Bilirdilər ki, bu seçki həm də Azərbaycanın inkişafı, gələcəyi deməkdir” – Fuad Muradov - VİDEO

Aktual

11 Aprel 2018, 23:43

 

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov 11 aprel prezident seçkiləri ilə bağlı ATV kanalına müsahibə verib.

 

Millət vəkili  müsahibəsində bundan əvvəlki seçkilərlə bu dəfəki seçki arasında çox böyük fərqlərin olduğunu qeyd edib.  İzdiham, insan selinin müşahidə olunması,  seçicilərin öz övladları ilə seçkilərə qatılmasını seçkidə bayram-əhval ruhiyyəsi yaratdığını vurğulayıb:

 

“Müşahidlərimiz  belə nəticəyə gəlməyimizə əsas verir.  Həm də müşahidəçi idim, başqa müşahidəçilərin də hamısı seçki məntəqələrində  ciddi fəallığın olduğunu qeyd edirdilər. Seçicilər səs verməyə gələndə bilirdilər ki, bu seçki həm də Azərbaycanın inkişafı, gələcəyi deməkdir. Onlar öz səsləri ilə buna səs verdiklərini bilirdilər.  Ona görə də belə izdiham yaşanırdı. İnsanlar seçkilərə bayram əhvalı ilə qatıldılar”.

 

Komitə sədri gənclərin seçki prosesində xüsusi fəallığını  qeyd edib. Ulu öndər Heydər Əliyevin də gənclər siyasətindəki başlıca məqsədi o idi ki,   gənclər özlərini tanısınlar.

 

Fuad Muradov  bildirib ki, gənclərin seçkiyə münasibəti, fəal  iştirakı onu göstərir ki, artıq Azərbaycan gəncliyi özünü kifayət qədər tanıyır.

 

Deputat çıxışı zamanı xaricdəki bəzi qüvvələrin qərəzli münasibətinə də toxunub. Bildirib ki, bəzi ölkələrdə  yerli media orqanları Azərbaycanla bağlı qərəzli materiallar  dərc edirlər və sonra guya harasa istinad edirmiş kimi yayırlar:

 

“Amma bunlar Azərbayacana təsir edə bilməz. Çünki Azərbaycan xalqı mütəşəkkildir, vahiddir. Azərbaycan xalqı öz ldierini dəstəkləyir və qoruyur”.

 

Erməni lobbisinin Azərbaycana qarşı daim düşmən münasibətindən danışan deputat bildirib ki, artıq son illər lobbinin Azərbaycana qarşı atdığı addımlar nəticəsizdir. Çünki Azərbaycanda onların addımlarına cavab olacaq  güclü  reaksiya var.

 

Azərbaycanda sabitliyin qorunması, ölkənin özünü ciddi şəkildə müdafiə etməsindən danışan Muradov xalqın  bu məsələdə yekdil və vahid olduğunu önə çəkib.

 

Komitə sədri sonda hələ qarşıda görüləcək işlər çox olduğunu xatırladıb:

 

“İşğal altındakı torpaqlar işğaldan azad olunmalıdır. Xalq seçkiyə bugünkü münasibəti ilə Azərbaycanın gələcəyinə səs vermiş oldu”.

 

Müsahibənin video variantını oxuculara təqdim edirik:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar