Şabran rayonunun Sincanboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Modern.az-a verilən məlumata görə, aprelin 17-də saat 1 radələrində Şabran rayonunun Sincanboyad kəndində Balakən rayon sakini Bəşir Mutuxov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Uzunboyad kənd sakini Asim Cahangirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.