Modern.az

Məcburi köçkün tələbələrin imtiyazları ləğv olunacaq?

Məcburi köçkün tələbələrin imtiyazları ləğv olunacaq?

17 Avqust 2011, 13:16

Modern.az-a verilən məlumata görə, ali məktəblərə daxil olan məcburi köçkün tələbələr növbəti tədris ilindən imtiyazlardan məhrum ola bilərlər. Bildirilir ki, 2012-ci ildən dövlət ali təhsil məktəblərinin ödənişli fakültələrinə daxil olacaq məcburi köçkün tələbələr təhsil haqqını ödədikdən sonra oxuya biləcəklər.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov Modern.az-a açıqlamasında onlarda elə bir məlumatın olmadığını bildirdi: “Mənə belə bir məlumat məlum deyil. Həmin imtiyaz hökümət qərarı, Prezidentin sərəncamı ilə ləğv oluna bilər. Bu imtiyazın ləğv olunması ilə bağlı bizə heç bir sənəd daxil olmayıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat departamentinin rəhbəri Elçin Qədimov də bu məlumatı təkzib etdi. O bildirdi ki, Dövlət Komitəsində ali və orta ixtisas təhsili müəssisələrinin ödənişli fakültələrində oxuyan məcburi köçkün tələbələrin gələn ildən etibarən təhsil haqqını ödəməsi ilə bağlı heç bir müzakirə aparılmayıb:
“Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli sərəncamına əsasən, dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər həmin təhsil haqqını ödəməkdən azaddırlar. Onların gələn ildən etibarən bu imtiyazlardan azad edilməsi ilə bağlı isə komitədə heç bir müzakirə aparılmayıb, danışıqlar getməyib. Bu məlumatlar tamamilə yalandır”.


Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi