Modern.az

Nazirlik qanunsuz balıq ovu ilə bağlı məlumat yaydı

Nazirlik qanunsuz balıq ovu ilə bağlı məlumat yaydı

17 Avqust 2011, 13:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları tərəfindən 16 avqust 2011-ci il tarixində Kür çayında qanunsuz balıq ovuna qarşı mübarizə məqsədilə reydlər keçirilib. ETSN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki,  keçirilən reydlər zamanı Kür çayının Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə qurulan  29 ədəd (hər birində 70 ədəd olmaqla cəmi 2030 ədəd) qadağan olunan ov aləti “şal qarmaq”, 10 ədəd ventel və 6 ədəd axçalı balıq torları aşkar edilərək götürülüb.
Hazırda təqsirkarların müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görülür.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu