Modern.az

Hafiz Hacıyev iki rayon təşkilatını buraxdı, birinin sədri barədə DİN-ə müraciət etdi

Hafiz Hacıyev iki rayon təşkilatını buraxdı, birinin sədri barədə DİN-ə müraciət etdi

17 Avqust 2011, 15:57

Bu gün Hafiz Hacıyevin sədri olduğu Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı  kecirilib. İlk öncə toplantıda ənənəvi olaraq ölkədə və  dünyada baş verən ictimai-siyasi məsələlər muzakirə edilib. Daha conra  gündəlikdə duran məsələlərə baxılıb.

MMP-nin Nəzarət Təftiş Komitəsi tərəfindən  yoxlanılan rayon təşkilatlarının gördukləri  işinn nəticələri mzakirəyə çıxarılıb  və yekun qərarlar bu gün verilib. Partiyanın 67 rayon təşkilatından ən zəifi Binəqədi rayon təşkilatının işi hesab edilib və işində  göstərdiyi səhlankarlığa görə təşkilat sədri tutduğu vəzifəsindən kəmarlaşdırılıb. Təşkilatın idarə heyətinin buraxılıb yenidən formalaşmasına qərar verilib.  Nəsimi rayon təşkilatınında vəziyyət daha ciddi xarakter daşıdığına görə rəhbərlik təşkilat sədri Məcidov Sudef Hacıbala oğlunun vəzifədən kənarlaşdırılmasına  və onun  əməllərinin partiya üçün ləkə gətirəcəyindən ehtiyatlanaraq  tutduğu vəzifədən və partiya sıralarından uzaqlaşdşırılmasına  qərar verib.

Partiyadan Modern.az-a verilən məlumata görə, kriminal aləmlə əlaqəsində  və narkotika satışında şubhəli bilinən Məcidov Sudef Hacıbala oğlu  haqqında artıq DİN-ə məlumat göndərilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir