Modern.az

Deputatlar sentyabrın 12-dən 16-dək Strasburqda olacaqlar

Deputatlar sentyabrın 12-dən 16-dək Strasburqda olacaqlar

Təhsil

23 Avqust 2011, 17:18

Sentyabrın 12-dən 16-ə qədər Starsburqda AVRONEST Parlament Assambleyasının iclası keçiriləcək. Bu barədə Modern.az saytına qurumdakı Azərbaycan nümayəndə heyətindən məlumat daxil olub. İclasda dörd komitənin, o cümlədən Azərbaycanın həmsədr olduğu komitənin hazırladığı hesabatlara baxılacaq.

Nümayəndə heyətindən o da bildirilib ki, hər komitə öz hesabatını hazırlayıb və qururumun baş ofisinə təqdim edib.

Qeyd edək ki, Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Fuad Muradov və Asim Mollazadə daxildirlər. Deputat Elxan Süleymanov isə nümayəndə heyətinin rəhbəridir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə