Modern.az

Şagirdlərimiz beynəlxalq mükafat alıb

Şagirdlərimiz beynəlxalq mükafat alıb

1 Dekabr 2009, 17:33

Bu ilin 23-26 noyabr tarixlərində Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş gənc trubaçıların V Beynəlxalq müsabiqəsində azərbaycanlılar da iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, ölkəmizi bu tədbirdə Bakı şəhər Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ruhulla Əzizov, məktəbin müəllimi, konsertmeyster Afaq Aşumova  və truba ixtisası üzrə şagirdləri Prezident təqaüdçüsü Tural Quliyev və  İsrafil Rəsulov təmsil ediblər. Müsabiqədə İsrafil Rəsulov festivalın QRAN - PRİ mükafatına, Tural Quliyev isə diplomuna layiq görülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir