Modern.az

“Milli Ordunu quranlara da Cümhuriyyətin yubiley medalı verilsin” - Keçmiş döyüşçüdən TƏKLİF

“Milli Ordunu quranlara da Cümhuriyyətin yubiley medalı verilsin” - Keçmiş döyüşçüdən TƏKLİF

22 May 2018, 09:35

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan edilib.

2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir.

1918-ci ildə yaradılan Azərbaycan Ordusu ikinci dəfə 1991-ci ildə qurulub.

“Qəmlo” ləqəbi ilə tanınmış keçmiş döyüşçü, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Binəqədi rayon şöbəsinin sədri Şahin Ağayev Modern.az-a 1991-ci illərdə Milli Ordunun yaranmasından danışıb.


“Müstəqil Azərbaycanın ilk Milli Ordusu 1991-ci ilin oktyabrında keçmiş Ali Sovetin qərarına əsasən yaradılıb. O zamanlar ölkəmizin başı üzərini qara buludlar almışdı. Siyasi vəziyyət gərgin idi. Ölkənin hər bir yerində yaranan gərginliyi dəf etmək üçün bizim kimi insanlar ailəsini, uşaqlarını qoyub Milli Orduya qoşuldu. Həmin insanlar Milli Ordunu yaratmaq məqsədilə indiki Şıxov ərazisinə toplaşdılar. Həmin vaxt bizə o qədər təzyiqlər oldu ki!.. Bir çoxları Azərbaycanda Milli Ordunun yaradılmasını istəmirdi. O vaxtlar 29 yaşım vardı. Nə yaxşı ki, Milli Ordunu yaratdıq!”.

Şahin Ağayev deyir ki, indiki Müdafiə Nazirliyi, Silahlı Qüvələr həmin ordunun hesabına qurulub.


“İndiki Müdafiə Nazirliyi, ordumuz bizim çiyinlərimizdə qurulub. Bir neçə gün bundan qabaq bəzi deputatlar “Cümhuriyyət ili”ndə Milli Məclisin bütün üzvlərinə orden və medallar verilməsini təklif edib. Düzü, buna görə deputat  Fərəc Quliyevə zəng etdim və dedim ki, “bunları edirsiz... Lap yaxşı...  Sizi çox yaxşı anlayıram. Müstəqil Azərbaycanın müstəqil ordusu da mövcud olub axı! Niyə bu barədə danışmırsız?!”. 1991-ci ilin 9 oktybrında ilk dəfə  Şıxovda toplaşmışıq. Komandirimiz isə rəhnmətlik Zaur Rzayev idi. Biz bunları yaşadıq.

“Daşaltı” əməliyyatında bizim batalyon 92 şəhid verdi. Naxçıvan, Ağdərə döyüşlərində nə qədər şəhid verdik. 1993-cü ildə Kəlbəcər istiqamətində Ağdərəni düşməndən təmizləyəndə rəhmətlik Heydər Əliyev bizim batalyona “dəmiryeyənlər” adını vermişdi. İndi həmin oğlanlar qalıb qıraqda, ordudan bixəbər olanlara orden, medallar verirlər”.



Keçmiş döyüşçü orden almalı olan şəxslərdən bir qisminin adını çəkib:

“Cümhuriyyətimizin 100 illiyi ərəfəsində Dadaş Rzayevə (keçmiş müdafiə naziri) orden verilməlidir. Polkovnik Qurban Qurbanova, hərbi diktor Şəmistan Əlizamanlıya, keçmiş döyüşçü Füzuli Rzaquliyevə və digərlərinə orden və medallar verilməlidir. Bunları diqqətdən kənarda qoymaq olmaz”.


Qeyd edək ki, Milli Məclisin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi üçün qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa təklif verib. 


F.Mustafa deyib ki, AXC-in 100 illiyi ilə bağlı yubiley medalına alacaq şəxslərin siyahısına təkcə Cümhuriyyət liderlərinin varisləri salınmamalıdır:


"AXC-in qurulmasında fədakarlıq etmiş şəxslərin varisləri də bu siyahıya əlavə edilməlidir. Yubiley medalı ilə təltif edilənlər siyahısında təkcə qurucuların varisləri ilə kifayətlənməməliyik. Bundan başqa, "İstiqlalçı deputatlar”ın da adı siyahıya əlavə edilməlidir. Biz onların pensiya təminatını da həll etmədik. Heç olmasa,  Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı Azərbaycan müstəqilliyinə səs verənlərə də bu medalın verilməsini təmin edək”.


Müstəqillik Aktını hazırlayan 43 deputatdan biri olmuş deputat Fərəc Quliyev isə Azərbaycan müstəqilliyinin bərpasında iştirak etmiş şəxslərə layiqli qiymətinin verilməli olduğunu deyib:


"İndi mən deyəcəm ki, həmin 43 deputata orden verilsin, bu, bir az təvazökarlıqdan uzaq olardı. Ona görə ki, özüm də həmin deputatların içərisində yer almış insanam. Amma ümumilikdə götürəndə nəinki istiqlalçı deputatlar, Milli Azadlıq Hərəkatının iştirakçılarının hər biri təltif edilməlidir, onlar üçün təqaüd ayrılmalıdır, yaşam tərzləri yaxşılaşdırılmalıdır. Ölkə üçün müstəqillikdən gözəl nemət yoxdur. Həmin müstəqilliyin banilərinin hər biri örnək kimi öz layiqli qiymətlərini almalıdırlar". 

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

//modern.az/admin/index.php?action=news&1533192193&edit=166028

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?