Modern.az

Ermənilər Xocalı aeroportundan hərbi məqsədlər üçün istifadə edirlər - TƏXRİBAT

Ermənilər Xocalı aeroportundan hərbi məqsədlər üçün istifadə edirlər - TƏXRİBAT

23 May 2018, 12:15

Ermənistan rəhbərliyi Xocalı aeroportu ilə bağlı yeni açıqlama veriblər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannsiyan aeroportun hərbi məqsədlər üçün isitfadə olunduğunu bildirib.

 

“Xocalı aeroporu hərbi məqsdələr üçün istifadə olunur və qrafikə uyğun işləyir”.

 

Ovannisyan aerportun mülki uçuşlar və turist daşımaq üçün istifadə olunmasının hələ tez olduğunu da deyib.

“Mülki uçuşlar həyata keçirmək üçün imkan olarsa, maraqlı turistik istiqamətlər yarada bilərik”-deyə Ovannisyan deyib.

 

Azərbaycan tərəfi əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatına Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsinin həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı