Arxiv
25 May 2018, 21:36 | DÜNYA
Beynəlxalq kosmik stansiya kainatın soyuq qütbü olacaq

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Yerin orbitinə maddə hissəciklərini “mütləq sıfır” dərəcəsinədək dondurmaq ehtimalını öyrənəcək laboratoriya göndərib.

 

Modern.az  xəbər verir ki, kainatın soyuq qütbü rolunu oynayacaq laboratoriyanın çəkisizlik şəraitində uzun müddət qalacağı ehtimal olunur. “Soyuq atom laboratoriyası” (CAL) Virciniya ştatından “Antares” raketi vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

 

Laboratoriyada olan maqnit sistemi və lazer sayəsində Boze-Eynşteyn kondensatı (hissəciklərin Kelvin üzrə milyard hissəsinin temperaturunda olan maddə) əmələ gəlir. Bu, Kelvin üzrə “mütləq sıfır” dərəcəsinə (Selsi üzrə mənfi 273,15 dərəcə) bərabərdir. Hərçənd termodinamika qanunlarına görə, buna nail olmaq mümkün deyil.

 

Alimlər bildirirlər ki, “mütləq sıfır” dərəcəsində hissəciklərin xaotik hərəkəti tamamilə dayanır. Mikroqravitasiya sayəsində hissəciklər bu vəziyyətdə 10 saniyə qala bilər, amma Yerdə bu proses bir saniyədən də az davam edir. Kosmosun uzaq yerlərində minimal temperatur 2,7 Kelvin (Selsi üzrə mənfi 270,45 dərəcə) təşkil edir. NASA bəyan edib ki, orbital eksperiment zamanı kainatda ən soyuq məkan yaradılacaq. Agentliyin bəyanatında deyilir: “Soyuq atom laboratoriyası” bizi imkansız kimi görünən bu məqsədə çatdıra bilər”.

 

Bu eksperiment yer şəraitində də aparılıb. Cenevrədəki Avropa Nüvə Tədqiqatları Şurasında (CERN) Kelvin üzrə 1,9 dərəcəyə qədər (Selsi üzrə mənfi 271,3 dərəcə) dondurulmuş maqnitlər mövcuddur. 2000-ci ildə Helsinki Texnoloji Universitetinin alimləri də maddəni “mütləq sıfır” dərəcəsinə yaxın dondura biliblər. Lakin orbital laboratoriyanın onlardan üstünlüyü çəkisizlik şəraitində işləməsidir. NASA-nın eksperimenti sayəsində qravitasiya və kvant fizikası, hətta sirli qaranlıq maddə haqqında yeni kəşflər də ola bilər.

 

“Mütləq sıfır” dərəcəsi haqqında alimlər ilk dəfə XVII əsrdə fərziyyələr irəli sürüblər. Bu termindən Frensis Bekon və Robert Boylun tədqiqat əsərlərində istifadə olunub. Daha sonralar fiziklər Satyendra Nat Boze və Albert Eynşteyn də bu mövzuda diskussiyalar aparıblar. Alimlər belə qənaətə gəliblər ki, Kelvin şkalası üzrə sıfır dərəcəsinə ancaq nəhəng rezervuarda nail olmaq mümkündür, çünki dondurulan maddədən çıxan istinın yayılması bunu tələb edir. Hətta kosmosda da “mütləq sıfır” dərəcəsinə nail olmaq imkansızdır. Belə ki, kosmik çəkisizlik şəraitində də kiçik hissəciklərin hərəkəti kinetik enerji, bu isə öz növbəsində istilik yaradır. (AZƏRTAC)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47