Modern.az

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 

Dünya

25 May 2018, 23:57

Türkiyənin "Başakşehir" klubu futbolçusu Arda Turanı cərimələyib.

 

"Report" klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Super Liqasının XXXII turunda "Sivasspor"la ev oyununda yan xətt hakiminə qarşı kobud davranışı üzündən 250 min avro ödəməli olacaq. İstanbul təmsilçisində, həmçinin Marsio Mossoro 50 min avro məbləğində cəriməyə məruz qalıb.

 

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası hakimə hücum edərək onu itələyən, hədələyən və təhqir edən Arda Turana 16 oyunluq cəza versə də, onun cəzası 10 matça endirilib. Futbolçu federasiyaya 19 min TL ödəməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı