Modern.az

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

Dünya

27 May 2018, 13:32

Rusiya prezidenti Vladimir Putin canlı yayımda suallara cavab verəcək. Modern.az saytı “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib.

Putin 2018-ci il iyunun 7-də Moskva vaxtı ilə 12:00-də "Birinci", "Rossiya-1", "Rusiya 24" və ORT telekanallarının, həmçinin "Mayak", "Vesti FM", "Rusiya Radiosu” radiostansiyalarının canlı efirinə çıxacaq.
 

"Dövlət başçısı vətəndaşları maraqlandıran suallara cavab verəcək, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatına dair, həmçinin beynəlxalq vəziyyət barədə fikirlərini bölüşəcək", - deyə rəsmi Kremlin məlumatında bildirilib.

Artlq bu gündən - 27 maydan prezidentə ünvanlanan sualların qəbuluna başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!