Arxiv
1 İyun 2018, 10:31 | TƏHSİL
İlahiyyat İnstitutuna təyinat alan REKTOR: “Qarşımızda çox böyük vəzifələr durur” - AÇIQLAMA

Prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən, bu vəzifə Ceyhun Valeh oğlu Məmmədova həvalə edilib.


Yeni təyin olunan rektor Ceyhun Məmmədov Modern.az-a açıqlamasında prezidentin sərəncamını yüksək qiymətləndirib


“Əvvəla, yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm. Bu təyinat yüksək etimaddır. Çalışacam ki, bu etimadı doğruldum.  Eyni zamanda, qarşımızda çox böyük vəzifələr durur. Planlarımız var. O, planları həyata keçirməyə çalışacağıq. Həm də ona çalışacağıq ki, bu sahədə bütün işlər dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilsin. İnşallah, işimizə başlayan kimi daha ətraflı danışacam”

Ceyhun Valeh oğlu Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 

1991-1994-də Suriya Ərəb Respublikasının Əbu Nur İslam Kompleksi Dəvət və İrşad institutunda təhsil alıb. 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsini bitirərək, ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

2000-2002-də Bakıdakı Xəzər Universitetinin Humanitar fənlər fakültəsində Ərəb dili üzrə magistratura dərəcəsinə yiyələnib. 
2004-2007-də AMEA-nın Məhəmməd Füzula adına Əlyazmalar İnstitutunda dissertant, ilahiyyat üzrə fəlsəfə doktoru olub.

C.Məmmədov 1998-2001-ci illərdə İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi, referent, 
2001-2002-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis işləyib.

2002-2006-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası bölməsinin müdiri, 2007-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusunun Avrasiya tərcümə mərkəzinin redaktoru, AMEA-nın Şərqşünaslıq institutunda tərcüməçi, yenidən Dini Komitədə Din və ictimai fikir tarixi şöbəsində böyük elmi işçi vəzifələrində çalışıb.
 
2015-ci ildən bu təyinatadək Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi işləyib.
 
Eyni zamanda 2017-2018-ci illərdə Azərbaycan Dillər Universitetində dərs deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38