Modern.az

Xankəndində ETİRAZ: Yerli ermənilər ayağa qalxdılar

Xankəndində ETİRAZ: Yerli ermənilər ayağa qalxdılar

4 İyun 2018, 12:03

Azərbaycan işğal altındakı torpaqlarında yaradılmış separatçı rejim Qarabağda gərginlik yaradıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iyunun 2-də Xankəndində 2 yerli sakinin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən döyülməsi geniş rezonans doğurub.

 

İyunun 3-də Xankəndi avtovağzalında etiraz aksiyasına çıxan 500 nəfərlik insan kütləsi separatçı qurumda "güc strukturları"nın özbaşnalığından, sakinləri döyməsindən və hədələməsindən danışıb.

Onlar "güc strukturları"na nəzarət edən bütün nazirlərin vəzifələrindən getməsini tələb ediblər.

 

“Ermənistandakı inqilab fonunda vətəndaşlar artıq "güc strukturları" qarşısında qorxudan azad olublar. Qarabağdakı hakim klanın zor tətbiq etməkdən başqa idarəetmə rıçaqları yoxdur”- deyə politoloq Artur Osipyan deyib.

Onun fikrincə, münaqişə ocağı olması Dağlıq Qarabağda hərbçilərin hakimiyyətdə qalmasına və əhalinin faktiki olaraq onların girovuna çevrilməsinə səbəb olub.

 

Separatçıların lideri Bako Saakyan hakimiyyəti əldə saxlamaq üçün tez-tez gücdən isitfadə edir. 2016-cı ilin iyununda hakim klana qarşı müxalif mövqeyi ilə seçilən Ayk Hanumyan Xankəndində naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bu zaman onun 3 qabırğası sındırılmışdı. Eyni zamanda, 2015-ci ilin iyununda Ermənistan müxalifətinin Qarabağa səfər etmək istəyi Laçında onların döyülməsi ilə nəticələnmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı