Modern.az

Rusiya milisi 4 qafqazlını axtarır

Rusiya milisi 4 qafqazlını axtarır

Dünya

2 Dekabr 2009, 16:35

Moskva milisi bir neçə gün öncə Moskvadan Sankt-Peterburqa gedən  “Nevskiy ekspress” qatarının partladılmasında şübhəli bilinən 4 qafqazlını axtarır. Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata görə, partlayışa qədər şübhəli bilinən 4 qafqazlı bilavasitə hadisə yerinin yaxınlığında olub.  Mənbə qeyd edir ki, yerli sakinlər hüquq-mühafizə orqanları əməkdaşlarına qeyri-slavyan mənşəli 4 şəxsi “Cip” maşında terror aktının baş verdiyi əraziyə yaxın kənddə gördüklərini xəbər veriblər. Ehtimal olunan terrorçular kənddə ev kirayələmək istəyiblər, lakin evin sahibi mənzilin qızdırılmadığını deyib və qafqazlılar bu səbəbdən kəndi tərk ediblər. Daha sonra naməlum şəxsləri Valdayka çayının o biri tayında görüblər.  “İnterfaks” qeyd edir ki, hazırda daha 10–a yaxın şübhəli şəxs üzrə araşdırma aparılır.

Xatərladaq ki, noyabrın 27-də baş vermiş terror hadisəsi 26 nəfərin həyatına son qoyub. 100 nəfər isə  yaralanıb.

Həlak olmuş sərnişinlərin dəfn mərasimi bu gün Peterburqda keçirilir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir