Modern.az

Partlayıcı oyuncaqlar anbarı partladı: 7 ölü

Partlayıcı oyuncaqlar anbarı partladı: 7 ölü

Dünya

6 İyun 2018, 23:31

Meksikada pirotexniki vasitələr saxlanılan anbarda partlayış olub. Modern.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Tultepek şəhərində baş verib. Partlayış zamanı 7 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Mexiko ştatının Mülki Müdafiə qüvvələrinin baş koordinatoru Artur Vilçis Eskivel "Foro TV" telekanalının efirində bildirib ki, partlayış 23 evə və 12 avtomobilə ziyan vurub. Hazırda hadisə yerində dağıntıların təmizlənməsi davam etdirilir.

 

Partlayışın səbəbi hələ məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə