Arxiv
7 İyun 2018, 12:33 | PARLAMENT
“Gah deyirdik müsəlmanıq, gah deyirdik türkük...” - Arif Rəhimzadə onu qınayanlara CAVAB VERDİ

“Bir şey danışan kimi hansısa bir frazanı götürüb atırlar ortaya və onun ətrafında sosial şəbəkələrdə başlayırlar səs-küy salmağa.  Ancaq belə olan halda söhbətin hansı şəraitdə edildiyini nəzərə almaq lazımdır. Deməli, biz Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bir sıra yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini müzakirə edirdik. Çıxış edənlərin əksəriyyəti, adlarını çəkmək istəmədiyim 3-4 deputat başladı ki, gərək biz bunu çoxdan edərdik, sovet dövründən qalan adların hamısını gərək dəyişək, ləngidirik və s. Mən də orda sövet hökuməti dövründə Azərbaycanda yaranmış müsbət şeylərdən danışdım”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə son iki gündə onun fikirləri ətrafında açılan müzakirələrə münasibət bildirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, o, həmin iclasda çıxış edərkən bildirib ki, sovet dövrü Azərbaycanı məhv edib və daha sonra yaradıb.

“Həqiqətən də sovet dövrü bizim təhsilimizi, səhiyyəmizi, elmimizi yaradıb. Biz özümüz kimiydik,  onu bilmirdik.  Gah deyirdik ki, müsəlmanıq, sonra da deyirdik türkük. Ancaq biz azərbaycanlıyıq axı. Dünyada belə bir norma var ki, ərazinin adına uyğun olaraq xalqın adı da müəyyənləşdirilir. Mən o qədər bisavad deyiləm ki, Şərqdə ilk demokratik respublikanın Azərbaycan Cümhuriyyəti olduğunu bilməyim”.


A.Rəhimzadə  sovet dövründən qalma yaşayış yerlərinin adlarının dəyişdirilməsinə etiraz edib.

“Hansısa yaşayış məntəqəsinin adı müəyyən məqsədlər üçün dəyişdirilibsə, ona baxa bilərik. Tutaq ki, Rusiyadan ölkəmizə gələn malakanlar: Rusiya imperiyası onda 2 məqsədi güdürdü. Birinci məqsəd o idi  ki, sahildə xristianları yerləşdirsin. Rusiya erməniləri də o səbəbdən Azərbaycanın sərhədlərinə gətirib yığıb. Eyni zamanda, malakanları da. Onlarla bağlı həqiqətən də ziddiyət yaradan məqamlar var idi.
1845-ci ildə bir rayonda Mixayılovka adında kənd yaradılıb. Malakanlar hara yerləşdirilirdilərsə, orda məskən salırdılar. İndi bunun adını niyə dəyişirsiniz ki? Bu kəndin adı Mixayılovka olanda hamı düşünəcək ki, bu nə deməkdir? Bu tarixdir də.. Demək, o vaxt Rusiya İmperiyası Azərbaycana qarşı belə ədalətsizlik edib. Malakanların bura gəlməsində onların nə təqsiri var? Gəlin, onda başqa malakan kəndlərinin adlarını da dəyişək... Bu düzgün deyil axı. Yaxşı onda Novxanının, Zağulbanın da adını dəyişək də. Bunlar da türk mənşəli adlar deyil. Belə getsək biz çox uzaq gedərik axı. Sovet dövründə kimlərsə Azərbaycana qarşı nəsə edibsə, o başqa məsələ. Onda gəlin, Nəriman Nərimanovun adına olan ərazinin də adını dəyişək. Çünki Nəriman Nərimanov da  sovet xadimi olub. Bu böyük bir xərcdir.  Həm də əziyyət tələb edir”.

 

Komitə sədri bildirib ki, onun çıxışından istifadə edənlər siyasətdən başı çıxmayanlardır.

“Mən bir dəfə dedim ki, Azərbaycanda yaşayanların hamısı azərbaycanlıdır. Etnik mənşəyindən asılı olmayaraq hamı azərbaycanlı olmalıdır.  Amerikada bir adam deyirmi ki, mən italyanam? Yox! Deyir ki, mən amerikanam. Çünki o, bununla şərəf duyur. Biz də bunu camaata izah edək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zelenski də İlham Əliyevi təbrik etdi 27 May 2019, 16:08 Qobustanın 3 kəndi üçün şad XƏBƏR 27 May 2019, 16:07 Bakıda narkotik satan  “Dayı” və bacıoğlu saxlanıldı 27 May 2019, 16:04 Növbə Yevlaxa çatdı... 27 May 2019, 15:56 Jurnalist Səxavət Məmməd həbs edildi 27 May 2019, 15:55 Xurmanın faydaları – AQTA  maarifləndirir 27 May 2019, 15:54 ABŞ Çinlə ticarət sazişindən imtina edib 27 May 2019, 15:51 Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi 27 May 2019, 15:51 Təhsil naziri Tovuzda gimnaziyaya getdi 27 May 2019, 15:41 Roma Papası İlham Əliyevi təbrik etdi 27 May 2019, 15:37 101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda - FOTOLAR 27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07