Arxiv
2 Dekabr 2009, 17:11 | PARLAMENT
Pənah Hüseyn Eldar Namazovun “Panorama” qəzetində nəşr etdirdiyi məqalədən nəticə çıxarmayıb...

Millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə Azərbaycanın Rusiya ilə yaxınlaşması ilə bağlı təklifi cəmiyyətdə xeyli səs-küy yaradıb. Hətta məsələnin Ermənistanda da müzakirə olunduğu bildirilir.

Modern.az saytına açıqlamasında deputat təklifinə birmənalı münasibət gözləmədiyini bildirib: “Biz açıq bir cəmiyyətdə yaşayırıq. Fərqli fikirlərin olması başadüşüləndir. Hələ 2000-2001-ci illərdə deyirdim ki, Azərbaycan iqtidarı ilə əməkdaşlıq etmək lazımdır. Çoxları o zaman dediklərimi top-tüfənglə qarşılayırdı. Sonra gedib düzüldülər Prezident Aparatının qarşısına. Dedim, a kişi, gedib ora düzülmək iş deyil e, əməkdaşlıq etmək lazımdır. İndi də görünür daha

bir neçə il lazımdır ki, bunlar başa düşsünlər”.

Q.Həsənquliyev bildirib ki, torpaqlarımızı işğal edən ölkələrdən biri olan Ermənistana güzəşt etməyə hazırıqsa, ondan daha güclü, daha böyük və torpaqlarımızın işğalında əsas rol oynamış Rusiyaya da gözəştə getməliyik: “Ya da Rusiya –Ermənistan ittifaqi ilə vuruşmalıyıq. Əgər vuruşmuruqsa, deyiriksə sülh yolu ilə bu problemi həll etməliyik, demək onda Ermənistana güzəştə gedib Dağlıq Qarabağa geniş muxtariyyət təklif etdiyimiz kimi, Rusiyaya da nəsə təklif etməliyik. Mən hesab edirəm ki, indi Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olması qorxulu deyil. Bəlkə də 10-15 il öncə Rusiyada çoxları SSRİ-nin bərpası haqqında düşünürdü. İndi bu cür düşünən insanların sayı xeyli azalıb. Artıq başa düşürlər ki, tarixin təkərini geri fırlatmaq mümkün deyil. Azərbaycanın müstəqilliyi dönməz və əbədidir. Burda söhbət ondan gedə bilər ki, Azərbaycanın xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alsın”.

Deputat İranla sərhədlərimizi  Xəzər Dənizində qoruya bilmədiyimiz qənaətindədir: “Burada imkan verilmir ki, öz neft yataqlarımızdan istifadə edək. Amma o sərhədləri Rusiya ilə birgə qorusaq İran bunu edə bilməzdi. Düşünmürəm ki, biz Qazaxıstandan daha müstəqil dövlətik. Daha müstəqil olub nə etmişik? Qazaxistan Kollektiv Təhlükəsizlik Müqaviləsinə girib,  nə itirib ki? Hesab edirəm ki, Qazaxistan Avropaya bizdən az inteqrasiya olunmayıb. Qazaxistan gələn il ATƏT-in sədri olacaq. Qazaxistan da NATO Parlament Assambleyasında  bizimlə eyni statusa malikdir”.

Q.Həsənquliyev Bakını azad edən Nuru Paşaya Azərbaycanda abidə qoyulmamasından  narazıdır: “Astanada Atatürkə elə abidə qoyublar ki, heç belə abidə Türkiyədə də yoxdur. Qazaxistanla Türkiyənin əlaqələri Azərbaycan Türkiyə əlaqələrindən aşağı deyil. Bunula onu demək istəyirəm ki, Azərbaycan Rusiya əlaqələri heç nəyə mane olmur.

Ötən ilin avqustunda Gürcüstanada baş verən hadisələrdən sonra NATO-nun bir addımlığında olan Gürcüstan bundan məhrum oldu. Ona qədər Gürcüstanın NATO-ya  qəbul edilməsini istəyənlər, avqust hadisələrindən sonra buna qarşı çıxdılar. Əsas gətirildi ki, Gürcüstanda hələ demokratiya yoxdur. Axirda Boyük Britaniyadan olan bir deputat dedi ki, siz demokratiya nəyə deyirsiniz, İngiltərədə parlamentin yolunu bağlayan adamlari  polis sürütləyər . Ancaq biz Gürcüstanda müxalifətin bütün paytaxti iflic etdiyinin şahidi olduq. Saakaşvili onlara heç nə etmədi. İndi dünyada iki faktor mühüm rol oynayir: güc, biri də maraq. Avropa Rusiya ilə hesablaşır və ondan enerji asılılığı var. Amerika, Avropa Rusiya ilə hesablaşırsa, Polşa və Çexiyada öz raketlərini yerləşdirməkdən imtina edirsə, deməli, Azərbaycan da bunları nəzərə almalıdır. Bugünkü dünyanın reallığı budur. Ona görə də mən bu təşəbbüslə çıxış etmişəm. Hətta mənə qarşı çıxan insanlar özləri də ürəklərində tam əmindirlər ki, mən doğru deyirəm”.

Qüdrət Həsənquliyev deputat həmkarı Pənah Hüseynin onun fikirlərinə rəğmən söylədiklərinə də münasibət bildirib: “Pənah Hüseyn mənə deyir ki, 4-5 adamın arasında olan sözü sən niyə demisən. Deyirəm adamin bir mövqeyi olar. Deməli, o jurnalistlərə, ictimaiyyətə bir mövqe açıqlayır, arxada dostlarina, yoldaşlarına başqa şey danışır. Yaxşı yadımdadır, bir dəfə onu mərhum Prezident Heydər Əliyevin dövründə ifşa etdilər. Pənah bəy Heydər Əliyevlə görüşəndə onun tarixi şəxsiyyət olduğunu deyib. Sonra mətbuatda tamam başqa şey danışıb. O zaman Eldar Namazov “Panorama” qəzetində bunu nəşr etdirdi. Mən ümid edirdim ki, bu, ona dərs olacaq. Bir də belə mövqe bildirməyəcək. Çox təəssüf ki, deputat Pənah Hüseyn bundan bir  nəticə çıxarmayıb”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24