Modern.az

Bako Saakyan da separatçıların başından gedir

Bako Saakyan da separatçıların başından gedir

Qarabağ

12 İyun 2018, 11:13

Azərbaycanın işğal altındakı torpaqlarında yaranmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyan 2020-ci ildə yeni “seçki”lərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

 

Modern.az Ermənistan  KİV-nə istinadən xəbər verir ki, o bu addımı demokratik prinsipləre və separatçı regionda sabitliyi saxlamaq üçün atdığını deyib.

Buna qədər, separatçı lider 2030-cu ilə qədər daha 2 müddətə “prezident” postunda qalmağı planlaşdırırdı.

 

Xatırladaq ki, iyunun 4-də Xankəndində mülki vətəndaşların döyülməsinə görə başlayan etirazlara görə, “baş nazir” Araik Arutunyan və daha bir neçə “nazir” istefa vermişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!