Modern.az

Türkiyənin Azərbaycandankı səfirliyindən seçki XƏBƏRDARLIĞI

Türkiyənin Azərbaycandankı səfirliyindən seçki XƏBƏRDARLIĞI

Aktual

14 İyun 2018, 10:42

Türkiyənin Azərbaycandakı vətəndaşları ölkələrindəki prezident və parlament seçkilərində iştirak üçün iyunun 17-də səs verəcəklər.

Bu haqda Modern.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, səsvermə Türkiyənin Azərbaycandakı səfirliyi, Gəncə və Naxçıvan Baş Konsulluqlarında baş tutacaq.

Səfirlikdə səsvermə 10:15-dən 10:30-a qədər mətbuata açıq keçiriləcək.

Səsverməni izləmək istəyən media nümayəndələrinin 14 iyun saat 18:00-a qədər 0124413926 nömrəli telefona zəng etmələri ya da [email protected] mail adresinə adlarını yazmaları lazımdır.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?