Arxiv
14 İyun 2018, 12:00 | AKTUAL
Deputatların mandatdan məhrum edilməsi ilə bağlı qayda müəyyənləşib  

Milli Məclis deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatla bağlı qayda müəyyənləşib.

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə dəyişiklik təklif edilib.

İnzibati Prosessual Məcəlləyə Milli Məclis deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatla bağlı yeni fəsil əlavə olunur.

Yeni fəsildə deyilir ki, yuxarıda adı çəkilən iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətində verilir. Ərizə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.

Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir.

 

Qanun layihəsinə dəyişikliyə Milli Məclisi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 12-də keçirilən komitə iclasında baxılıb.

Bundan əlavə, İnzibati Xətalar, Cinayət, Mülki Prosessual, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrinə, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında”,  “İcra məmurları haqqında”, “Polis haqqında”, “Feldyeger rabitəsi haqqında” qanunlara dəyişikliklərin edilməsi barədə,  “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - REPORTAJ 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20 Zelenski andiçmə mərasiminə piyada getdi  20 May 2019, 11:07 Saakaşvilinin həyat yoldaşı mer seçkilərində uduzdu 20 May 2019, 11:01 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi 20 May 2019, 10:45 DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40