Modern.az

Prorektorlar gələcək tələbələrə düzgün ixtisas seçiminin sirlərini açdılar - FOTOLAR

Prorektorlar gələcək tələbələrə düzgün ixtisas seçiminin sirlərini açdılar - FOTOLAR

17 İyun 2018, 16:43

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün imtahandan sonrakı çətin və bir o qədər də məsuliyyətli iş, məhz ixtisas seçimidir.

Modern.az xəbər verir verir ki, AzEdu.az saytı bunu nəzərə alaraq, abituriyentlərə düzgün ixtisas seçimində kömək etmək məqsədilə,  xüsusi treniniq keçirib.

Treninqdə I ixtisas qrupu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində rektor köməkçisi Ramil Cabbarov, III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin  Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor  Sani Hacıyev, IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinin  Tədris şöbəsinin müdiri Samir Cavadov məruzəçi kimi çıxış ediblər. 

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı giriş mətni ilə çıxış edərək, ixtisas seçiminin önəmindən söz açıb, gələcək tələbələri bu mərhələdə diqqətli olmağa çağırıb. 

Görüşdə abituriyentlərlə yanaşı, valideynlər də iştirak ediblər. Onların ixtisaslar və fakültələrlə bağlı sualları cavablandırılıb, düzgün ixtisas seçiminin gələcək həyatdakı önəmindən bəhs olunub.

Sani Hacıyev bildirib ki, abituriyentlər ixtisas seçərkən daha çox həmin ixtisasın gələcək iş imkanlarıyla maraqlanırlar:

“İşsiz o şəxsdir ki, o, ya tənbəldir, ya da savadsız. Öz oğlumun işə necə girdiyindən xəbərim yoxdur. Ondan, yalnız  2 ay sonra sənəd xatirinə diplom tələb ediblər. İşə girmək üçün mütləq istedad, bacarıq və savad lazımdır”.

ADNSU-nun prorektoru Qasım Məmmədovun sözlərinə görə, Azərbaycan Neft və Sənaye Universitetini seçən abituriyentlər, ancaq bilikləri hesabına yüksək qiymət ala bilərlər:

“Ali təhsil ocağında tələbə köçürmə səbəbindən imtahandan uzaqlaşdırılırsa, ona bir il müddətində kəsildiyi fəndən imtahan vermək və dərslərdə iştirak etmək qadağan olunur. Universitetimiz tələbələr üçün hər cür şərait yaradıb.  Biz onların işlə təmin olunmasını onlar hələ tələbə olarkən düşünürük”.

UNEC-in təmsilçisi Ramil Cabbarov qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetində ən populyar ixtisas maliyyə ixtisasıdır: 

“600-dən yuxarı nəticə göstərən, hətta 700 bal toplayan tələbələr də bu ixtisasa maraq göstərirlər. Maliyyə daha çox mühasibat uçotu və auditlə qarışdırılır. Mühasibat keçmişlə, maliyyə isə gələcəklə işləyir. Kiçik müəssisələrdə işləmək istəyənlər daha çox mühasibat uçotu və auditi, böyük şirkətlərdə çalışmaq istəyənlər isə maliyyə ixtisasını seçirlər”.


Samir Cavadov vurğulayıb ki, Azərbaycanda tibb təhsilinin inkişafı prosesi davam edir:

“Tibb Universitetində təhsilin yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirir.  Tələbələrin gələcəyin peşəkar həkimi kimi formalaşmasında əlimizdən gələni edirik. Daha çox müalicə işi ixtisasına tələbat var. Ümumi tibbi təhsil 6 ildir və bu pillədən sonra, rezidentura oxumayanlar, yalnız sahə poliklinkalarında çalışa bilərlər”.

Sual-cavab şəklində davam edən görüşün sonunda xatirə şəkli çəkilib.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi