Modern.az

Azərbaycanlı deputatlar Türkiyədəki seçkiləri izləməyə gedirlər

Azərbaycanlı deputatlar Türkiyədəki seçkiləri izləməyə gedirlər

Aktual

21 İyun 2018, 18:03

İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin bir qrup deputatı bu ölkəyə səfər edəcək.

Modern.az-ın məlumatına görə, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupun rəhbəri, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Səttar Möhbalıyev və Şəmsəddin Hacıyev Milli Məclisin xətti ilə, deputatlar  İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyası, Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası missiyalarının tərkibində seçkilərə qatılacaqlar.

Deputatlar Ankaranın seçki məntəqələrində aparılan hazırlıq işləri ilə tanış olacaq, prosesin gedişatını, vətəndaşların fəallığını yaxından izləyəcəklər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır