Modern.az

Türkiyə ABŞ, Rusiya və İranı İTTİHAM ETDİ

Türkiyə ABŞ, Rusiya və İranı İTTİHAM ETDİ

29 İyun 2018, 13:49

Türkiyə Suriyanın cənubundakı qarşıdurmalara görə ABŞ, Rusiya və İranı İttiham etdi.

 

Modern.az Türkiyənin “NTV” kanalına istinadən xəbər verir ki, bu barədə bəyanatla Türkiyə Xarici işlər naziri Mövlut Çavuşoğlu  çıxış edib.

 

“Suriyanın cənubu ilə bağlı razılaşmanın pozulmasında Rusiya, İran və ABŞ günahkardır. Onlar Əsəd rejiminin dayandırılması üçün bir şeylər etməlidirlər” – Çavuşoğlu bildirib.

 

Qeyd edək ki, Suriyanın Dera vilayətində qanunsuz silahlı qruplaşmalar arasında toqquşmalar baş verib. İnsident nəzarətsiz ərazilərdə təsir sahələrinin bölüşdürülməsi səbəbindən baş verib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır