Azərbaycanda dönər müəssisələri üçün müvafiq təlimatlar hazırlanır.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu təlimatlar bütün dönər satışını həyata keçirən müəssisələrə paylanacaq:
"Mən sizinlə razıyam ki, bu gün bir çox dönər evlərində sanitar-gigiyenik normalara riayət olunmur. Bu istiqamətdə də tədbirlərin görülməsi planlaşdırılıb".