Modern.az

Tramp Səudiyyə kralını inandıra bildi

Tramp Səudiyyə kralını inandıra bildi

Dünya

30 İyun 2018, 17:19

ABŞ prezidenti Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdul Əziz Əl Səud ilə telefonla danışıb.

 

Modern.az Donald Tramp “Tvitter” hesabına istinadən xəbər verir ki, danışıqlar zamanı neft istehsalının artırılması müzakirə olunub.

 

“Bir az əvvəl Səudiyyə Ərəbistanı kralı Salman ilə danışdım. Ondan İran və Venesueladakı xaos ilə əlaqədar neft idxalını 2 milyon barelə qədər artırmağı xahiş etdim” – Tramp yazıb.

 

Onun sözlərinə görə kral Salman Ədbul onunla razılaşıb.

Qeyd edək ki, bu ilin iyunun 23-də OPEK üzvləri neft idxalını bir milyon barelə qədər artırmaq barədə razılığa gəliblər.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə