Modern.az

“Akkord” Şirkətlər Qrupu Xocalı şagirdlərinə yardım etdi (FOTOLAR)

“Akkord” Şirkətlər Qrupu Xocalı şagirdlərinə yardım etdi (FOTOLAR)

Təhsil

15 Sentyabr 2011, 18:25

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 15 sentyabr Bilik günü münasibəti ilə “Qızılqum” qəsəbəsində məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün şagidlərin oxuduğu 2 saylı orta məktəb hədiyyələr verib. Modern.az saytının məlumatına görə, “Akkord”un  əməkdaşları məktəbə gedərək müəllim və şagirdlərlə görüşüblər. Onlar köçkün şagirdlərə vahid məktəbli geyimi və çeşidli məktəbli ləvazimatları bağışlayıblar, məktəbə isə 12 ədəd qızdırıcı hədiyyə ediblər.

Məktəbin direktoru Camal Mirzəyev təhsil ocağında 136 şagirdin oxuduğunu, onların təlim-tərbiyəsi ilə 29 müəllimin məşğul olduğunu qeyd edib.
"“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” bir neçə dəfə bizim məktəbə bu çür yardım edib. Bu il öz köməyini əsuirgəməyib” deyən direktor Şirkətlər Qrupuna öz təşəkkürünü bildirib.

“Akkord”un bu addımın yüksək qiymətləndirən məktəbin müəllimi Fiqurə Rüstəmova qeyd edib  ki, Korporasiyanın məktəbə hədiyyə etdiyi qızdırıcı sistemləri onların işinı çox yarayacaq. “Dənizə yaxın olduğumüz üçün bura qışda soyuq olur, uşaqlar əziyyət çəkir. “Akkord”un bu addımını yüksək qiymətləndirirəm. Arzu edirəm ki, Xocalını azad edək və şagirdlərimiz daha yaxşı məktəblərdə oxusunlar”.

“Heç nə unudulmur, heç kəs yaddan çıxmır” deyən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru Afaq Quliyeva şagirdləri təbrik edərək, onlara işğal altında olan torpaqlar qayıdanda təhsilli mütəxəsis kimi öz evlərinə geri qayıtmalarını arzu edib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın bu addımından məktəbin şagirdləri də razılıq ediblər.
““Akkord”a təşəkür edirəm” deyən 5-ci sinif şagirdi Röya Hümbətova gələcəkdə həkim olmaq və Xocalıda xəstələri müalicə etmək istədiyini söyləyib. 

Qeyd edək ki, bu, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Xocalı köçkünlərinə qayğısını əks etdirən ilk aksiya deyil. 2009-cu ildə Prezident tərəfindən elan edilmiş “Uşaq ili” çərcivəsində çoxsaylı xeyriyyə tədbirləri həyata keçirən Korporasiya analoji fəaliyyətini 2010-cu ildə də davam etdirib, indi də bu istiqamətdə addımlar atır.






Sədaqət Süleymanova   

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır