Modern.az

Təhsil Nazirliyi şikayətlərlə bağlı açıqlama verdi

Təhsil Nazirliyi şikayətlərlə bağlı açıqlama verdi

Təhsil

15 Sentyabr 2011, 18:37

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) 2011-ci ilin iyul ayında 4153, avqust ayında isə 2479 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulda daxil olan müraciətlərin  əksər hissəsi sorğu xarakterlidir. Sorğular ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qə­bulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, müəllimlərin yaş senzi, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri ilə əlaqədar appelyasiya, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, eksternat qaydada keçirilən imtahanlar, onların nəticələri ilə bağlıdır.
Digər sorğularda isə xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının he­sab­lan­ması və digər məsələlərdən bəhs olunur.

Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qə­bulu üzrə 2590, xaricdə təhsil üzrə 123, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri üzrə 310, vaxtından əvvəl I sinfə qəbul üzrə 112, Tələbə Qəbulu üzrə Dövlət Kommissiyasına aid məsələlər üzrə 267, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 36, xarici ölkə təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması üzrə 50, müəllimlərin əmək haqqının he­sab­lan­ması ilə bağlı 35 sorğu cavablandırılıb. Digər müraciətlərdə isə müxtəlif mövzular üzrə məlumat almaq istəyi əks olunub.

Cari ilin avqustunda daxil olan müraciətlərin hamısı sorğu xarakterlidir. Belə ki, məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 35, ümumtəhsil məktəbləri ilə bağlı 255 (bir məktəbdən digərinə köçürülmə, məktəbli forması, ümumtəhsil məktəblərində dərs ilinin başlanması və s.), I sinifə vaxtından əvvəl şagird qəbulu üzrə 328, müəllimlərin işə qəbulu məsələləri ilə əlaqədar 837, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu ilə əlaqədar 175, xaricdə təhsillə bağlı 263, subbakalavr, bakalavr və magistr təhsili ilə əlaqədar 66 müraciət daxil olub. Qalan müraciətlər isə digər müxtəlif mövzuları əhatə edir.

Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydə alınaraq cavablandırılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!