Modern.az

Məcburi köçkün məktəbində İlham Əliyevin sərəncamından danışılıb

Məcburi köçkün məktəbində İlham Əliyevin sərəncamından danışılıb

Təhsil

15 Sentyabr 2011, 19:36

Yeni dərs ilinin başlanması  münasibətilə 149 saylı Ağdam köçkün tam orta məktəbində Bilik günü mərasimi keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Arzu Qədirova təhsil ocağına yeni qədəm qoymuş 1-ci sinif şagirdlərini və onların valdeyinlərini təbrik edib və orta məktəbin digər siniflərini doğma Qarabağda -Ağdamda oxumalarını arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının  sədri Vüqar Qədirov məktəbin müəllim və şagird kollektivini yeni dərs ili münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısından, təhsilimizin inkişafında gördüyü xeyirxah işlərdən bəhs edib.

Vüqar Qədirov ölkə başçısının “Azərbaycan  gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 07 iyul 2011-ci il tarixli 1621 nömrəli sərəncamını Azərbaycan gəncliyinin bütün təbəqələri ilə bərabər qaçqın və məcburi köçkün gənclərin də hərtərəfli inkişafına yönəlmiş humanist bir addım olduğunu bildirib.

O, həmçinin Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərindən azad olunması ilə bağlı Prezidentin 14 sentyabr 2011-ci il tarixli sərəncamının bütünlülüklə bu təbəqənin insanları  tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Tədbirdə digər çıxış edən natiqlər yeni tədris ilində bütün təhsil ictimaiyyətini təbrik edərək müəllim və şagird kollektivinə  uğurlar arzulayıblar.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü