Arxiv
12 İyul 2018, 12:48 | PARLAMENT
“Sosial şəbəkələr nəzarətə götürülməlidir” - Hadi Rəcəbli Gəncə hadisəsinin səbəblərindən DANIŞDI

“Dünyada politologiya elmi ilə yanaşı, konfiliktologiya elmi də var. Siyasətşünaslıq və münaqişəşünaslıq. Bütün dünyada gedən prosesləri münaqişəşünaslıq elmi vasitəsilə idarə edirlər. Suriyada, Misirdə və digər ölkələrdə gedən proseslərə baxsaq, görərik ki, bunların hamısında o elmdən istifadə ediblər. Yəni, bu gün bütün dünyada cəmiyyət problemsiz deyil. Bütün ölkələrdə problemlər, qəzalar, hadisələr olur. Ancaq bu o demək deyil ki, həmin cəmiyyət və dövlət dağılmalıdır”.
 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

 

Deputat bildirib ki, dünyada münaqişə yaradan bir neçə problem var.

“Bunlar, milli və etnik ayrı-seçkilik, dini və təriqət ayrı-seçkiliyi, ərazi iddiaları və sonuncusu sosial məsələdir. Bu hallarda isə bilavasitə dini ekstremizm özünü göstərir. Biz sosial şəbəkələrdə yayılan məlumatlara diqqətlə baxmalıyıq. Mən bu gün sevinirəm ki, bütün çıxış edənlər bildirirlər ki, “Hadi müəllimin dediyi və  insanların qəbul etmədiyi “söyüş söyən, dövlətin əleyhinə təxribat aparan sosial şəbəkələr nəzarətə götürülməlidir” fikri tam doğrudur”. Həqiqətən də belə sosial şəbəkə səhifələri nəzarətə götürülməlidir. Bu gün Azərbaycanda iqtidar-xalq birliyi var. Gəncədə baş verən təxribatlar vətəndaşlarımızı daha da ayıq-sayıq olmağa çağırır. Bildiyimiz kimi, məlum hadisə zamanı 2 yüksək vəzifəli polis zabitimiz şəhid oldu.  Niyə bilavasitə cinayətkarlar vəzifəli zabitlərimizi öldürüblər? Niyə oradakı serjanta, hadisəni çözən adamlara təcavüz edilməyib və bu 2 zabit qətl edilib? Bu bir daha onu göstərir ki, Gəncədə baş verən hadisələr təşkil olunub və Azərbaycanın sabitliyini görmək istəməyən qüvvələrin xeyrinədir”.

 

Hadi Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazı yazan, adamları kütlə psixologiyasına uyğun olaraq  qızışdıran qüvvələrin hər birini təhlil edən zaman görərik ki, bunların hamısı dövlətin, xalqın əleyhinə olan insanlardır.


“Ona görə də ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, münaqişəşünaslıq elminin əsaslarına uyğun olaraq biz belə hisslərə, kütlə psixologiyasına uymamalıyıq”.
 

Deputat həmçinin qeyd edib ki, Gəncə qədər Azərbaycanda yeniləşən, müasirləşən ikinci bir şəhər təsəvvür etmir.

“Bu şəhərdə sözün əsl mənasında  Azərbaycanın qədim diyarı bərpa olunub. Şəhərdə bərpa işləri aparılıb, insanlara xüsusi şəraitlər yaradılıb, yeni iş yerləri açılıb, parklar, binalar tikilib. Bu gün Gəncə dünyəvi şəhərə çevrilib. Orada bir neçə beynəlxalq tədbirlər keçirilib. Bu hadisələr bir daha onu göstərir ki, Gəncədə baş verən iğtişaş tamamilə təxribatdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47