Modern.az

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

Dünya

21 İyul 2018, 20:04

Tornike Rijvadze Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı vəzifəsinə təsdiq olunub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Muxtar Respublikanın Ali Məclisi bugünkü iclasında T. Rijvadze və yeni hökumətə səs çoxluğu ilə etimad göstərib.

 

Qeyd edək ki, T. Rijvadze hakim “Gürcü Arzusu” Partiyasının Acarıstanın hökumət başçısı vəzifəsinə namizədi olub. O, “Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktoru idi. Bu vəzifəyə qədər isə Gürcüstanın energetika nazirinin müavini vəzifəsində çalışıb.

 

Acarıstan Muxtar Respublikanın keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə