Modern.az

Tramp İran prezidentini HƏDƏLƏDİ: “Misli görünməmiş əzab çəkəcəksiniz”

Tramp İran prezidentini HƏDƏLƏDİ: “Misli görünməmiş əzab çəkəcəksiniz”

Dünya

23 İyul 2018, 09:51

ABŞ prezidenti Donald Tramp İranın ünvanına hədə ünvanlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Twitter-də yazıb.

 

“Prezident Həsən Ruhaniyə: Daha heç vaxt ABŞ-ı hədələməyin. Əks halda tarixinizdə misli görünməmiş əzab çəkəcəksiniz. Daha sizin ölüm və amansızlıq haqda sözlərinə dözən ölkə deyilik. Ehtiyatlı olun!”.

 

Bundan əvvəl, Həsən Ruhani ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, bunun “bütün müharibələrin anası” olacağını demişdi.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü