Modern.az

Milli Məclisdə QHT-lərin sosial sığortadan azad olunması məsələsi qaldırıldı

Milli Məclisdə QHT-lərin sosial sığortadan azad olunması məsələsi qaldırıldı

4 Dekabr 2009, 13:43

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev dekabrın 4-də Milli Məclisin iclasında QHT-lərin sosial sığortadan azad olunması təklifilə çıxış edib. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, QHT-lərin fəaliyyətinin səmərəliliyinin artırılması üçün ən vacib şərtlərdən biri onların sosial sığortadan azad olunmasıdır. A.Quliyev deyib ki, QHT-lərin sosial sığortadan azad olunması üçün “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməlidir. Milli Məclisin QHT-lərin 22 faiz sosial sığorta ödəməkdən azad olunması məsələsinə baxmasını vacib sayan Şura sədri təklif edib ki, heç olmasa, ödəmələr 10 faizə endirilsin. Xatırladaq ki, indiyədək Ədliyyə Nazirliyində 2447 QHT qeydiyyatdan keçib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?