Şanxayda “Rubiya” tropik qasırğası tüğyan edir.
Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, leysan yağışlar və şiddətli külək səbəbindən artıq 53 min nəfər təxliyyə edilib.
Şiddətli küləyin sürətinin saniyədə 23 metrə çatdığı bildirilir.
Şanxayda daşqınlar səbəbi ilə yüksək təhlükə səviyyəsi elan edilib.
Bu cür hava şəraitinin həftənin şənbə gününə kimi davam edəcəyi bildirilib.
Qeyd edək ki, “Rubiya” qasırğası bu ay Şanxay üçün üçüncü qasırğadır.