Arxiv
17 Avqust 2018, 12:21 | DÜNYA
Həccin kölgəsindəki MİLYARDLAR...

Günümüzdə Həcc ziyarəti haqda məlumatı olan da olmayan da bu səfərə getmək istəyir. Təbii ki bu dini inanclarla əlaqəlidir. Amma unutmaq lazım deyil ki, bir işə başlamazdan əvvəl onun haqda müəyyən qədər məlumatlı olmaq lazımdır. Bu həm ziyarət zamanı daha çox savab qazanmağa, həm də ideoloji oyuna gəlməməyə kömək edəcək. Həcc ziyarəti İslamın şərtlərindən birini təşkil edir. Vacib sayılsa da ona əməl etmək üçün də müəyyən şərtlər var. İnsanlarımız isə bu şərtlərə çox da əməl etmək istəmir. Onların bir qismi hətta borc edərək və ya kreditə girərək bu səfərə getməyə can atır.

 

Günümüzdə ölkələrin ən çox diqqət göstərdiyi nüanslardan biri də turist məsələsidir. Hətta bəzi ölkələrin əsas gəlir sahəsini bu ziyarətlər təşkil edir. Təbii ki, burada Həcc ziyarətinin Səudiyyə Ərəbistanının büdcəsinə verdiyi xeyirləri yaddan çıxarmaq olmaz. Bəlkə də buna görədir ki, Səudiyyə hakimiyyəti bu məsələni xüsusi diqqət  mərkəzində saxlayır.

 

Bu məsələyə toxunmazdan əvvəl xatırlatmaq istərdik ki, Səudilər dünyada öz adlarını idarə etdiyi dövlətə verən barmaqla sayılan zəngin ailələrdən biridir. Bu ailənin şahzadələrinin hər hansı bir ölkəyə səfərləri isə hər zaman xüsusi dəbdəbənin göstərişinə çevrilir.

 

Bu gün də Həcc ziyarətini həm gəlir, həm də təzyiq vasitəsi kimi istifadə edən kral ailəsi bunu bir mütəxəssis kimi yerinə yetirir. Bunun ilk bariz nümunəsini ziyarətçilər Ciddə hava limanına endikdə görə bilərlər. Burada kralın adından “Şükran Divarı” qoyulub. Ziyarətçilər orada bütün görülən işlərə görə öz təşəkkürlərini yaza bilərlər.

 

Bundan əlavə ölkədə ziyarət zamanı hər şeyin daha yaxşı keçməsinə yerli hakimiyyət nümayəndələri ciddi nəzarət edirlər. Onlar problemlər yaşanmaması üçün əllərindən gələni edirlər. Yerli hakimiyyət nümayəndələrinin mümkün qurbanlar üçün məsuliyyət daşıdıqlarını nəzərə alarsaq o, zaman bu cür halların işıqlandırılmaması üçün onların əllərindən gələni edəcəkləri aydın olur. Buna çox misallar çəkmək olar. Amma yenə də Mina dərəsindəki insan izdihamı zamanı iki min zəvvarın ölümü kimi hadisələrin dəfələrlə təkrar olunduğunu söyləmək olar. Ən maraqlısı isə budur ki, insanlar məsuliyyətsizlik, acgözlük və qeyri-peşəkarlıq səbəbindən də olsa bu torpaqlarda ölməyi özlərinə şərəf bilirlər. Beləliklə bu cür kütləvi qırğın hallarına görə heç kim Səudiyyə hakimiyyətindən hesab sormur. Bu isə kral ailəsi qismində Səudiyyə Ərəbistanının islam dünyasındakı mövqeyini möhkəmləndirir.

 

Həmçinin səfərə nəzarətdən danışdıqda biz burada ziyarətçilərin özləri ilə gətirdikləri bütün vəsaitlərini xərcləmələri üçün hər bir şəraitin yaradılmasını da qeyd etmək lazımdır. Səfərlərin hər birinin  tur kimi təşkil edilməsi insanlara bütün vəsaitlərindən əl çəkmələrinə bir zəmanət verir. Yəni ziyarətçi onsuz da onu ölkəsinə geri göndərəcəklərinə əmin olduğu (geriyə bileti artıq hazır olduğu) üçün müqəddəs torpaqdan mümkün qədər müqəddəs əşyalarla qayıtmaq istəyir.

 

Bu isə öz növbəsində ölkə büdcəsinə xarici valyuta axınını təmin edir. Beləliklə bu il Həcc ziyarətçilərinin bu il 20 faiz artacağı proqnozunu da nəzərə alsaq, o zaman Səudiyyə büdcəsinə 20-26 milyard səud rialı (5-6 milyard dollar) gəlir təmin edilmiş olur. Bu bayaq dediyimiz kimi rəqəmlərin rəsmi formasıdır. Buraya viza, səfərin rəsmi ayinləri üçün nəzərdə tutulmuş və sair xərclərə aid ödənişlər daxildir. Yuxarıda qeyd etdiyimiz müqəddəs əşya ticarəti isə təbii ki nəzərə çarpacaq gəlir verir.

 

Nümunə üçün qeyd etmək lazımdır ki, tək 2016-cı ildə Səudiyyə Ərəbistanına Həcc ziyarətində ümumi 2,35 milyon insan iştirak edib. Bunlarda isə 1,75 milyonunu xarici vətəndaşlar təşkil edib.

Səudiyyə hakimiyyətinin müqəddəs ziyarəti öz əlində siyasi silaha çevirməsi isə bu mövzunun daha ciddi məsələlərindən biridir. Bunu biz ziyarət başlayan zaman bəzi ölkələrə girişin qadağan olunması hallarında görə bilərik.

Misal üçün İran vətəndaşları 2015-ci ildə Həcc ziyarətinə digər xarici ölkələrdən səfər etməli olublar. Bu cür insidentlər Ər-Riyad hakimiyyəti ilə Suriya, İraq, Yəmən və Qətər arasında da baş verib.

Həmçinin bunu nəzərə almaq lazımdır ki, krallıq Həcc vizalarını öz müttəfiqlərinə verdiyi halda, rəqiblərini bu imkanlardan məhrum edir. Onun bu ziyarəti təşkil etmək istəyən rəqibləri üçün proseduru çətinləşdirmək və müxtəlif maneələr yaratmaq imkanlarını da unutmaq olmaz. Burada viza verilməsi həmin ölkələrin siyasi sütunlarına təzyiq vasitəsi kimi istifadə edilir. Axı müsəlman ölkələrində digər ölkənin siyasətçilərinə daha asan viza rejimi təqdim etməklə siz onu öz tərəfinizə çəkirsiniz. Bunun əksi olduqda isə həmin siyasətçilər öz elektoratları içərisində təsir güclərini itirə bilirlər.

 

Kral ailəsini viza rejimini öz əlində siyasi vasitəyə çevirməsinin daha bir nümunəsini “Al Haramain Watch” beynəlxalq təşkilatı xəbər verib. Təşkilat iki müqəddəs məkan üzrə Səudiyyə idarəsinə nəzarət edir.

 

Beynəlxalq təşkilat Ər-Riyadın xaricdəki hər səfir və konsuluna “nəzakət” və siyasi məqsədlər istifadəsinə pulsuz təqdim olunması üçün 3 min viza verir. 2018-ci ilin əvvəlində yaradılan təşkilat informasiya sızmalarını, yəni rəsmilərin yazışmalarını araşdırıb. Yazışmaların tədqiqi zamanı səfirin bu pulsuz vizaları Səudiyyə hakimiyyətini dəstəkləyən jurnalist və siyasətçilərə təqdim etdiyi məlum olub.

 

Ən sonda isə ziyarət zamanı aparılan ideoloji təbliğata da diqqət çəkmək lazımdır. Ziyarət zamanı aparılan ideoloji təbliğat digər ölkələrdə ictimai rəyin dəyişdirilməsindən tutmuş kral ailəsinin mövqeyinin möhkəmləndirilməsi kimi məsələləri də özündə cəmləyir. İnsanların müqəddəs saydıqları torpaqlarda özü də qardaş saydıqları və inam göstərərək çiyin-çiyinə durduğu insanlara daha asan inanacaqları aydın bir məsələdir. Bundan istifadə isə digər ölkələrdəki proseslərə çox ciddi təsir göstərir. Bir az təsəvvürümüzü canlandırsaq biz kütlənin necə yönləndirildiyinin şahidi ola bilərik.

 

Qeyd edək ki, qeydə alınmış ən güclü zəvvar axının 1970-ci ilə təsadüf etdiyini görə bilərik. Həmin il dini ziyarət üçün ölkəyə 53 928 358 nəfər xarici vətəndaş səfər edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42