Arxiv
18 Avqust 2018, 11:47 | MÜSAHİBƏ
Keçmiş sərhədçi: “Cəlilabad və Yardımlıda elə kəndlər var ki, ipə-sapa yatmırdılar” – MÜSAHİBƏ  

Bu gün Dövlət Sərhəd Xidmətinin  99 yaşı tamam olur. Belə ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

 

Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Daha sonra isə müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb.

 

Dövlət Sərhəd Xidməti aparatının baş qərargahında xidmət etmiş, ehtiyatda olan polkovnik Əzizağa Həmidov Dövlət Sərhəd Xidmətinin 99 illiyi münasibətilə Modern.az-a müsahibə verib.

 

- Əzizağa müəllim, Dövlət Sərhəd Xidməti elə sahədir ki, mütəmadi olaraq ortaya çıxan nöqsanları dərhal aşkarlaya bilir. Sərhəddən qaçaqmal, ya da qanunsuz olaraq ölkəyə keçmək istəyənlərə rast gəlinir. Bu barədə fikirlərinizi eşitmək istərdik.

 

- Təbii, neqativ hallar olur. Belə halların qarşısı sərhədçilər tərəfindən qanunamüvafiq şəkildə alınır. Bir daha belə halların baş verməməsi üçün müvafiq kompleks qabaqlayıcı tədbirlər görülür. 

 

- Dediyiniz kimi, hər hansı neqativ hallar dərhal aşkarlanır. Maraqlıdır ki, neqativ hallar həm də davamlı olur. Bilə-bilə ki, bunun üstü açılacaq və hər hansı məsuliyyətə cəlb olunacaqlar, amma yenə də bu yolu seçirlər. Bu cür hallarla bağlı Dövlət Sərhəd Xidməti insanlarla maarifləndirici  tədbirlər keçirirmi?

 

- Əlbəttə. Gənclərlə məktəblərdə görüşlər keçirilir. Məktəblərlə sərhədçi yarışları təşkil edilir. Təbii ki, sərhədçilər maarifləndirici işlər aparırlar. Yenə də işin çətinliyi sərhədçilərin üzərindədir. Sərhəddə xidmət edən gənc sərhədçilər 18 yaşlı əsgərlərdir. Təsəvvür edin: Sərhəddə baş verən neqativ halların qarşısını alan elə o gənclərdir. Onların üzərinə çox böyük iş düşür. Düzdür, gənc əsgərləri peşəkar zabitlər, gizirlər təlimatlandırır. Buna baxmayaraq, Dövlət Sərhəd Xidməti elə xüsusi qoşun növüdür ki, orada xidmətdə olan əsgər çox diqqətli olmalıdır. Çünki əsgər sərhədi keçən adamın necə biri olduğundan xəbərsizdir. Sərhədçi  bilmir ki, sərhədi keçən adam hansı hiylədən istifadə edəcək.  Amma sərhədçilər elə təlimatlandırılır ki, neqativ halların qarşısı dərhal alınır. Fəxr etməliyik ki, gənclərimiz bu işdə ayıqlıq göstərə bilir. Həmçinin, gənclərimiz sabah xidməti vəzifəsini başa vurub evinə qayıdanda bu cür hallara qarşı mütləq mübarizə aparacaq.

 

- Bir məqama toxunmaq istərdik. Sərhəd xidməti elə sahədir ki, ölkənin birbaşa girişinə-çıxışına nəzarət edilir. Sərhəd xidmətində hansı faktorlar önəmli rol oynayır? Əsasən, sərhəd qoşunlarında kimlər xidmət edə bilər?

 

- Bir insan cinayət törədibsə, ona sərhədin mühafizəsini necə etibar etmək olar?! Bu cür məsələlərə mütləq diqqət edilir. Ölkə başçısının sərəncamına əsasən 18-35 yaş arası olan şəxslər Silahlı Qüvvələrdə çəkə bilər. Kimlərin hansı qoşun növündə xidmət edəcəyi isə qanunvericiliklə tənzimlənir. 

 
 

- Son illərdə  sərhəddə qaçaqmalçılıqda qadınlardan istifadə məsələsi halları çoxalıbmı?

 

- Əksinə, müşahidələr göstərir ki, artıq azalıb. Bu cür azalma halları uğurlu təbliğatın nəticəsidir.

 

- Əsasən hansı ölkə ilə sərhəddə qanun pozuntusuna daha çox rast gəlinir?

 

- İranla sərhəddə pozulma halları daha çoxdur. 2000-ci ildən bu günə olan dövrə nəzər salanda sərhədçilərin əməyi çox olub. Çünki bu illər ərzində tonlarla narkotik maddə müsadirə edilib. Ad çəkmək istəmirəm. Cəlilabad-Yardımlı istiqamətində müəyyən kəndlər vardı ki, loru dillə desək, ipə-sapa yatmırdılar. Amma zaman keçdikcə qanun və sərhədçilərin ayıq-sayıqlığı sayəsində özbaşınalıq halları aradan qaldırıldı.

 

- Bu günlərdə səhv etmirəmsə, bir neçə əcnəbi vətəndaş saxta pasportla sərhədi keçməyə cəhd göstərmişdi. Uğurlu əməliyyat nəticəsində qarşısı alınmışdı. Maraqlıdır, saxta pasport məsələsi necə aşkar edilir?

 

- Müəyyən texniki vasitələr var ki, onun vasitəsilə bu cür halları aşkarlamaq olur. 

 

- Avqustun 18-i Dövlət Sərhəd Xidmətinin 99 yaşı tamam olur. İkinci müstəqilliyimizi əldə edəndən sonra digər sahələr kimi Sərhəd Xidməti də inkişaf strategiyasını müəyyənləşdirdi. İkinci müstəqilliyimiz dövründə Dövlət Sərhəd Xidməti hansı nailiyyətləri əldə edib?

 

- Keçmiş Sovetlər Birliyinin zamanında da sərhəd qoşunlarında xidmət etmişəm. Bu şanlı xidmət müstəqillik dövrümüzə də düşdü. Artıq xidməti vəzifəmi başa vurmuşam. Ötən ilin iyulundan təqaüdə çıxmışam.  Sözsüz ki, hər bir müstəqil dövlətin sərhədçilərinin öz sərhədini mühafizə etməsi müsbət haldır. İkinci müstəqilliyimizi əldə edəndən sonra Dövlət Sərhəd Mühafizə Komitəsi yarandı. Bu da sərhəd qoşunlarıdır. Müstəqilliyimizin ilk illərində indiki DSX Dövlət Sərhəd Mühafizə Xidməti Komitəsi adlanırdı. 1991-ci ildən sonra  komitənin sədri general İsgəndər Allahverdiyev olub. 1994-cü ildə isə general Abbasəli Novruzov MTN Sərhəd Qoşunları komandanı oldu. 

Ulu öndər Heydər Əliyev tərəfindən bu vəzifəyə təyin olundu. General Abbasəli Novruzov olduğu müddətdə biz əvvəlki MTN-nə tabe idik. 2002-ci ildə Sərhəd Qoşunları MTN-dən ayrıldı və Dövlət Sərhəd Xidməti adlandırıldı. General-polkovnik Elçin Quliyev həmin zaman DSX rəisi idi. Deyərdim ki, Elçin Quliyev təyin olunandan sonra Dövlət Sərhəd Xidmətində daha çox nailiyyətlər əldə edildi. Keçmiş SSRİ zamanında 4-5 hərbi hissəmiz vardısa, indi bunun sayı dəfələrlə çoxalıb. 

Çoxlu sayda sərhəd dəstələri inşa edilib. Şəmkir, Zaqatala, Şəki sərhəd dəstəsi və sairə. Bundan əvvəl mövcud olan sərhəd dəstələrinin hamısında müasir tipli sərhəd zastavaları tikilib. Bütün tələbatlara cavab verən, əsgərlərin dincəlməsi, tədris alması, valideynlərlə görüşməsi üçün hər cür şərait yaradılıb. Həmçinin, sərhədçilər üçün zaman-zaman yaşayış binaları tikilərək istifadəyə verilib. Bu evlər sərhədçi zabit-gizirlərə verilib. Bu da ölkə başçısının sərəncamına əsasən həyata keçirilib. Bir əlavə də edim ki, sərhədçilər hansı zastavada xidmət edirlərsə, orada özü və ailəsinin qalması üçün hər cür şərait yaradılıb.

Dövlət Sərhəd Xidməti rəhbərliyindən həmişə razı olmuşam. Biz hərbçilərin dost-tanışı çox vaxt hərbi sahədə olur. Bir neçə gün bundan qabaq ölkə başçısının sərəncamı ilə 3 nəfərə general-mayor,  2 nəfərə isə general-leytenant hərbi rütbəsi verilib. 

Bütün əsgərlərimizə, zabitlərimizə, onların ailə üzvlərinə, bugünkü gün münasibətilə “99 yaşımız mübarək olsun” deyirəm. Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevə öz salamlarımı çatdıraram, o başda olmaqla bütün generalları, zabitləri, gizirləri, əsgərlərimizi bayram münasibəti ilə təbrik edirəm, xidmətlərində uğurlar, nailiyyətlər arzulayıram. 

 

General-polkovnik Elçin Quliyevin rəhbərliyi dövründə çoxlu sayda zabit və gizirlərimiz ev-eşik sahibi olublar. 

 

- Sovet dövründən üzü bəri sərhəd xidmətində çalışdğınıza görə müşahidlələriniz də maraqlı olar. Sizcə, Sovet dövründə sərhəddən narkotik, yaxud da qaçaqmalçılıq hallarına cəhd etmək daha çox idi, yoxsa müstəqillik illərində?

 

- Hər iki dövrdə çalışmışam. Sözsüz ki, SSRİ zamanında da neqativ hallar mövcud olub. Müstəqilliyin ilk illərində neqativ hallar çox olsa da, ildən-ilə sərhədçilərin peşəkarlıq və ayıq sayıqlığı nəticəsində bu problem demək olar ki, aradan qaldırılıb. Bu gün sərhəd qoşunlarından çoxlu sayda təqaüddə olan veteranlar var. Mən onları da təbrik edirəm, can-sağlığı, uzun ömür arzulayıram. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30 Soçidə 6 hektar meşə yanıb kül oldu 21 Noyabr 2019, 00:13 Samuxda qaz sızmasından partlayış  20 Noyabr 2019, 23:53 Azərbaycan nefti ucuzlaşıb 20 Noyabr 2019, 23:37 Bakıda "Qoşa çinar" restoranı yandı 20 Noyabr 2019, 23:19 Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 22:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyacan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20