Modern.az

Yol polisi Bakıda bir həftədə 13 mindən çox şəxsi CƏRİMƏLƏDİ

Yol polisi Bakıda bir həftədə 13 mindən çox şəxsi CƏRİMƏLƏDİ

Aktual

20 Avqust 2018, 15:13

Son bir həftə ərzində Bakı şəhərində 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib:

Yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər ölüb, 33 nəfər isə müxtəlif xəsarətlər alıb. Əvvəlki həftə ilə müqayisədə ötən həftə 4 yol qəzası, 1 ölüm faktı, 7 xəsarət azalıb.

“Təhlükəsizliyin təmin edilməsi ilə bağlı əməkdaşlarımız tərəfindən həftə ərzində 13 mindən artıq protokol tərtib edilib. Eyni zamanda bunlardan avtomobili sərxoş idarə edən 108, qanuni saxlama işarəsinə əhəmiyyət verməyən 51, yolayrıcını keçmə qaydalarını pozan 4219, yükdaşıma qaydalarını pozan 13 sürücü və ən vacibi qanunla müəyyən olunmuş keçidlərdən keçməyən 219 piyada məsuliyyətə cəlb edilib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir